İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem ciddi zədə alıb. Xarici KİV-lərin yazdığına görə, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Bellinqem La Liqanın XXII turunda "Rayo Valyekano"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib. Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.
Mətləb