Bərdədə "Qazel" yolu keçən piyadanı vurub öldürüb

16 Fevral 2026 22:14 (UTC+04:00)

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib. İlkin məlumata görə, "Qazel" markalı yük maşını kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Mətləb