Britaniya kəşfiyyatı Rusiya itkiləri ilə bağlı şok rəqəmlər açıqlayıb...

16 Fevral 2026 20:13 (UTC+04:00)

...2025-ci ildə Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə ölən və yaralananlar da daxil olmaqla təxminən 415.000 döyüşçü itirib.

2024-cü ildə bu rəqəm bir qədər yüksək idi - 430.000.

Bütün tammiqyaslı işğal zamanı öldürülən rusların ümumi sayı 1,2 milyonu keçib.

SİA xəbər verir ki, bu barədə Bloomberg Qərb rəsmilərinin hesablamalarına istinadən məlumat yayıb.

Bu məlumata görə, təcavüzkarın 2026-cı ilin dekabr ayında itkiləri orta hesabla gündə 1130 nəfər təşkil edib və ayda 35.000 nəfərə çatıb.

Jurnalistlər qeyd ediblər ki, "İtkilərin daha yüksək sayı Ukrayna dronlarının daha uğurlu əməliyyatları ilə izah olunur".

Bloomberg mənbələri hesab edir ki, Rusiya, çox güman ki, bu il ərzində Ukraynadakı döyüş əməliyyatlarını işə qəbul kampaniyaları, sənaye istehsalı və digər ölkələrin dəstəyi sayəsində davam etdirə biləcək.

Böyük Britaniyanın müdafiə naziri Con Heylinin sözlərinə görə, cəbhə xəttinin bəzi ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin hər bir itkisinə düşən Rusiya itkilərinin nisbəti təxminən altıdan 25-ə yüksəlib.

...Putin onların davamlı və qaçılmaz irəliləyiş əldə etdikləri təəssüratını yaratmağı sevir. Lakin o, əvvəlkindən daha zəifdir və getdikcə xarici döyüşçülərdən asılıdır, - deyə Böyük Britaniyanın müdafiə naziri vurğulayıb.

Əli Babayev