Amerikalı general müharibənin 2026-cı ildə bitəcəyinə inanmır...

16 Fevral 2026 20:21 (UTC+04:00)

...ABŞ ordusunun Avropa üzrə keçmiş komandanı Ben Hoces Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2026-cı ildə bitəcəyinə inanmır.

O, döyüşlərə son qoymaq üçün Moskvaya təzyiqin artırılmasında israr edir.

SİA-nın əldə etdiyi məlumata görə, Hoces, bu fikri Novini.LIVE-yə verdiyi şərhdə bildirib.

Müharibənin bu il bitəcəyinə inanıb-inanmadığı soruşulduqda, Hoces qeyd edib ki, ruslar belə bir addımda maraqlı deyillər.

O, Kremlin yalnız xarici təzyiqdən sonra atəşkəsə razılaşacağını iddia edib.

...Təəssüf ki, ABŞ hökumətinin onlara bu cür təzyiq göstərdiyini görmürəm, - deyə general bildirib.

Hoces qeyd edib ki, Kreml "Avropaya onları dinləmək üçün kifayət qədər hörmət etmir".

O, Rusiyanın ciddi beynəlxalq təzyiqlə üzləşənə qədər müharibəni davam etdirəcəyinə inanır.

Əli Babayev