AFFA rəsmisi "Qalatasaray" – "Yuventus" matçına təyinat alıb

16 Fevral 2026 15:44 (UTC+04:00)

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

SİA quruma istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən "Ali Sami Yen" stadionunda baş tutacaq.