Azərbaycan karateçisi beynəlxalq turnirin qalibi olub

16 Fevral 2026 15:19 (UTC+04:00)

Azərbaycan karateçisi Xədicə Qasımova Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə şəhərində keçirilən "Karate1 Gənclər Liqası" beynəlxalq turnirində uğurla çıxış edib.

Karate Federasiyasından SİA-ya bildirilib ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal qazanıb.

O, U-14 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.