Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xarici işlər naziri Anita Anand bildirib ki, Kanada etirazçılara qarşı qəddar basqınlardan sonra İranda hökumət dəyişikliyini tələb edir və bunun baş verənə qədər diplomatik münasibətləri bərpa etməyəcək.
Reuters agentliyinin məlumatına görə, Anand qeyd edib ki, Kanadanın regiondakı diqqəti insan haqlarının pozulmasına qarşı mübarizəyə yönəlib. Həmçinin, iki ABŞ rəsmisi bildiriblər ki, prezident Donald Trampın zərbə endirmək əmri verəcəyi təqdirdə Amerika qoşunları İrana qarşı mümkün əməliyyatlara hazırdır.
Kanada İranla diplomatik əlaqələrini 2012-ci ildən dayandırıb və şənbə günü İran hökuməti ilə əlaqəli yeddi şəxsə qarşı yeni sanksiyalar elan edib.