İran nüvə sazişi üzrə güzəşt şərtlərini açıqladı

16 Fevral 2026 14:41 (UTC+04:00)

İran ABŞ ilə nüvə sazişi üzrə mümkün güzəştləri açıqlayıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirinin müavini Məcid Təxt-Rəvançi BBC-yə verdiyi müsahibədə bildirib ki, Vaşinqton sanksiyaların qaldırılmasını müzakirə etməyə hazırdırsa, İran ABŞ ilə nüvə sazişi üçün güzəştləri nəzərdən keçirməyə hazırdır.
O qeyd edib ki, "top artıq Amerikanın meydanındadır" və əgər ABŞ səmimiyyət nümayiş etdirərsə, tərəflər razılığa doğru irəliləyə bilərlər. Təxt-Rəvançi uranın zənginləşdirilməsi məsələlərini, xüsusən də zənginləşdirilmiş uranın 60%-ə qədər azaldılmasını müzakirə etməyə hazır olduqlarını söyləyib. Eyni zamanda, "sıfır zənginləşdirmə" artıq Tehranın gündəliyində deyil.
Diplomat həmçinin bildirib ki, İran ABŞ ilə ballistik raket proqramını müzakirə etmək niyyətində deyil və ölkənin müdafiəsinin bir elementi olaraq raketlərdən imtina etməyəcək. İran tərəfi Amerikanın regiondakı hərbi mövcudluğundan narahatlığını ifadə edib və mümkün müharibənin nəticələrinə qarşı xəbərdarlıq edib.