Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 128 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 3 paqonmetr mətbəx mebeli və məişət əşayaları yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.