AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

16 Fevral 2026 10:21 (UTC+04:00)

AFFA-nın Sosial Ətraf mühit dayanıqlılığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

SİA milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.