Ərdoğanın bu ölkəyə səfəri ləğv edildi - prezident xəstələnib..

16 Fevral 2026 01:17 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan arasında telefon danışığı baş tutub.

Söhbət zamanı Ərdoğanın fevralın 17-də BƏƏ-yə nəzərdə tutulan səfərinin ən-Nəhyanın səhhətində yaranan problem səbəbindən təxirə salındığı məlum olub.

Türkiyə lideri həmkarının tez bir zamanda sağalmasını arzu edib və səfərin qarşılıqlı olaraq ən uyğun zamanda baş tutacağı bildirilib.

Mətləb