Ermənistan parlamentinin sədri Alen Simonyan yenidən Rusiyanı hədəfə alan bəyanatla çıxış edib. Yenicə Moskva səfərindən qayıdan A. Simonyan İrəvanda bəyan edib ki, Rusiyadan hava limanını və Ermənistan-Azərbaycan sərhədində qoruduqları bir neçə yeri tərk etmələrini xahiş etməyə hazırlaşırlar. SİTAT:
“Əgər məqsədəuyğun hesab etsək, Gümrüdəki Rusiya hərbi bazası haqqında da danışmağa başlayacağıq (Rus hərbçilərin bazadan çıxmasını nəzərdə tutur - red.). Amma hazırda bu barədə müzakirə aparmırıq”, - o bildirib.
Mətləb