Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

15 Fevral 2026 09:31 (UTC+04:00)

Azərbaycan atleti İsmail Əliyev Qazaxıstanın Ust-Kamenogorsk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

SİA-nın məlumatına görə, idmançı XI. Olqa Ripakova mükafatı uğrunda yarışda gümüş mükafat qazanıb.

İ. Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində növəitələmə növündə fərqlənib. O, 16,58 metr nəticə ilə ikinci yeri tutub.