"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşib

14 Fevral 2026 16:26 (UTC+04:00)

İngiltərənin "Tottenhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta İqor Tudor gətirilib.

Mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, komanda hazırda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.