Azərbaycanın avtomobil yollarında fevralın 15-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.