Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

14 Fevral 2026 13:45 (UTC+04:00)

Azərbaycanda axtarışda olan 159 nəfər fevralın 13-də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 121 nəfər saxlanılıb.