Biləsuvarda transformator partlayıb, rayon mərkəzinin bir hissəsi işıqsız qalıb

14 Fevral 2026 12:44 (UTC+04:00)

Biləsuvar şəhərində transformatorda partlayış olub.

SİA-nın məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub.

Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.