ABŞ-nin basketbol yığmasının heyətində ikiqat Olimpiya çempionu olmuş Kris Pol karyerasını başa vurub.
SİA-a xəbər verir ki, təcrübəli oyunçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Ötən yay "Los-Anceles Klippers"ə qayıdan basketbolçu 2025/2026 mövsümünün onun karyerasında sonuncu olacağını açıqlamışdı. O, bu ayın əvvəlində "Toronto Reptors"a keçsə də, ötən gün klubla yolları ayırıb.
Qeyd edək ki, oyunçu cari mövsüm ümumilikdə 16 matçda meydana çıxıb. O, 2008 və 2012-ci ildə ABŞ millisinin heyətində olimpiya çempionu adını qazanıb.