Azərbaycan ilə Serbiya arasında enerji sektorunda strateji tərəfdaşlıq müzakirə olunub

14 Fevral 2026 10:51 (UTC+04:00)

Azərbaycan və Serbiya arasında enerji əməkdaşlığı strateji xarakter daşıyır və regionun enerji təhlükəsizliyinə real töhfə verir.

SİA-a xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri tərəfindən serbiyalı jurnalistlər üçün keçirilən brifinqində bildirilib.

Brifinq zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "SOCAR Balkan" şirkətinin icraçı direktoru Murad Heydərov media nümayəndələrinin Azərbaycan ilə Serbiya arasında enerji sektorunda strateji tərəfdaşlıq, regionun enerji təhlükəsizliyini gücləndirən layihələr və əməkdaşlığın perspektivləri ilə bağlı suallarını cavablandırıblar.