"Araz-Naxçıvan" braziliyalı futzalçını heyətinə qatıb

14 Fevral 2026 09:44 (UTC+04:00)

"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib. Bu barədə SİA-ya Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.

Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.

24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.