Sakit Okeanda Vanuatu Respublikasına məxsus olan Espiritu-Santo adasının qərb sahilində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
SİA-nın məlumatına görə, bu barədə ABŞ-nin Geologiya Xidməti xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri Port-Olri şəhərindən 59 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.