Bu yolda sürət həddi endirildi - XƏBƏRDARLIQ

14 Fevral 2026 06:15 (UTC+04:00)

Mərdəkan şosesi, məhdudiyyətin tətbiq edildiyi Hava limanı körpüsünə çatmamış olan hissədə sürət həddi 20 km/saat endirilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bununla bağlı məlumat-sürət tablosunda dəyişiklik olunub. Qeyd edilir ki, məqsəd sürücülərin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən xahiş olunur ki, sürət həddinə əməl etsinlər.

Mətləb