Keçmiş arvadını bıçaqlayan şəxs 14 il azadlıqdan məhrum edildi

14 Fevral 2026 01:03 (UTC+04:00)

Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Tural Qanbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tural Qanbayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Mətləb