Olduqca siyasi gərginlik içində olan Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı ağır siyasi ab-havaya baxmayaraq yaxın zamanda İrana rəsmi səfər edəcək.
Bu barədə N. Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib. Ermənistan hökumətinin başçısı bəyan edib ki, Tehrana səfəri zamanı onun prezident Pezeşkianla mühüm müzakirələr aparacağı planlaşdırılır. Erməni baş nazir Erməni mediasına səfərin tarixi barədə danışmayıb.
Mətləb