Ordubadın 3 kəndində elektrik enerjisinin verilişində fasilə olacaq

13 Fevral 2026 16:57 (UTC+04:00)

Fevralın 14-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən SİA-nın bölgə müxbirinə bildirilib ki, bununla əlaqədar olaraq “Düylün” 35/10 kV-luq yarımstansiyadan çıxan “Aza” 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14-dən 16-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.