Hindistan Malidə “Rosatom” ilə litium layihəsindəki iştirakını dayandırıb…

13 Fevral 2026 18:34 (UTC+04:00)

...SİA-nın məlumatına görə, Reuters agentliyi Hindistanın qərarında iştirak edən mənbələrə istinadən xəbər verir ki, Hindistan "təhlükəsizlik riskləri" səbəbindən Malidə “Rosatom” tərəfindən dəstəklənən litium mədən layihəsində iştirakını dayandırıb.

Agentlik qeyd edir ki, Hindistan ölkədəki investisiyalarını qorumağa çalışır. Mənbələrdən biri bildirib ki, "layihə dayandırılıb, çünki investisiya itkisinə səbəb ola biləcək bir şeyə pul xərcləyə bilmirik".

…Reuters agentliyinin məlumatına görə, “Rosatom” Hindistanın dövlət şirkətləri Khanij Bidesh India və NLC India-ya 2025-ci ildə Malidə litium yataqlarının birgə kəşfiyyatını təklif edib.

…Yenə də Reuters agentliyinin məlumatına görə, “Rosatom” şərh verməkdən imtina edib.

…Reuters agentliyi qeyd edib ki, ABŞ və Böyük Britaniya da daxil olmaqla bir neçə Qərb ölkəsi əvvəllər vətəndaşlarını silahlı fəaliyyətin artması səbəbindən Malidən çıxmağa çağırıb.

Hindistan karbon izini azaltmaq üçün əsas mənbə olan litiumun sabit tədarükünü təmin etmək üçün səylərini artırır. Reuters agentliyi qeyd edir ki, 2030-cu ilə qədər ölkə elektrikli nəqliyyat vasitələrinin payını 30 faizə, elektrikli iki təkərli nəqliyyat vasitələrinin payını isə 80 faizə (hazırda müvafiq olaraq 4 və 6 faiz) çatdırmağı planlaşdırır.

Bu məqsədlə, Yeni Dehli Argentina, Avstraliya və Çili ilə xammal müqavilələrini genişləndirir. Ən son böyük müqavilə 2024-cü ildə Khanij Bidesh India tərəfindən Argentinanın dövlət şirkəti ilə beş litium blokunun kəşfiyyatı üçün imzalanmışdır.

Əli Babayev