Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib

13 Fevral 2026 16:30 (UTC+04:00)

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin sakinlərini qəbul edib.

SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların problemlərinin bir qismi dərhal həllini tapıb, nazirliyə aid olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.