Azərbaycan XİN-də İndoneziya ilə ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib

13 Fevral 2026 15:01 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Departamentinin direktoru Cəlal Mirzəyev İndoneziya səfiri Berlian Helmi ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X" hesabında bildirilib.

Görüş Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub. "Tərəflər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və inkişafı barədə fikir mübadiləsi aparıblar", - səfirlik qeyd edib.