Fransanı Nils qasırğası vurdu, 850 min evdə elektrik kəsildi

13 Fevral 2026 14:00 (UTC+04:00)

Fransada Nils qasırğası nəticəsində 850 min evdə elektrik kəsilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanı vurmuş Nils qasırğası zamanı 850 min evdə elektrik kəsintisi baş verib, Landes bölgəsində isə devrilən ağacın altında qalan bir şəxs həyatını itirib.

Fransız meteorologiya xidməti Meteo-France ölkədə güclü külək, daşqın və qar sürüşmə riski səbəbindən 5 bölgəyə qırmızı, 29 bölgəyə isə narıncı xəbərdarlıq verdiyini açıqlayıb.

Fransa Daxili İşlər Naziri Laurent Nunez bildirib ki, Landes bölgəsində ağacın avtomobillərin üstünə düşməsi nəticəsində bir nəfər həlak olub, Castelsarrasin şəhərində isə bir şəxs ağır yaralanıb. Nunez, bölgə sakinlərini diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Fransanın elektrik infrastrukturunun və baxımının məsul təşkilatı Enedis-in açıqlamasına görə, Nils Fırtınası səbəbindən ölkədə 850 min evdə elektrik kəsintisi baş verib.