Azərbaycanda vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılması təklif olunur

13 Fevral 2026 11:43 (UTC+04:00)

"Azərbaycanın iri şəhərlərində vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir".

SİA-nın verdiyi məlumata görə, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, Bakı şəhərini misal gətirərək qeyd edib ki, Bakıda 45 bələdiyyə fəaliyyət göstərir: "Amma bu bələdiyyələrin birləşib vahid böyük şəhər bələdiyyəsi formatında fəaliyyət göstərməsi kifayət qədər effektiv olar".