Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri 2025-ci ildə 26% artıb - Toğrul Hüseynov

13 Fevral 2026 11:18 (UTC+04:00)

"2025-ci ildə Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri artım nümayiş etdirib, yerli vergilərdən daxilolmalar 2024-cü illə müqayisədə təxminən 26% artaraq 7,2 milyon manat əlavə edib".

SİA-nın verdiyi məlumata görə, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin plenar iclasında, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə orqanın 2025-ci il illik hesabatına dair çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, büdcə gəlirlərindəki artım əsasən yerli vergilərin hesabına baş verib: "Hesabat dövründə inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirici tədbir təşkil olunub və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.

Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxış çərçivəsində 6074 tövsiyə göndərilərək müxtəlif sahələrdə metodoloji dəstək göstərilib".