"ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir: "Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki öllə araslında imzalanmış xartiya iki ölkənin bir çox sahələrdə iş birliyini əks etdirir.
Bu gün bölgəmizin dərin dəyiikliylə məruz qoyduğu şəraitdə Azərbaycan tərəfdaşlıq prinsipinə əsaslanır. Biz Ermənistanla sülh istiqamətində Prezident trampın rolunu yüksək qiymətləndiririk".