Millətlər Liqasındakı rəqiblərimiz açıqlandı - TƏCİLİ

12 Fevral 2026 21:47 (UTC+04:00)

Azərbaycan millisinin UEFA Millətlər Liqasının yeni mövsümündəki rəqibləri müəyyənləşib. SİA-nın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, yığmamız D Liqasının 2-ci qrupunda yer alıb. Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə cari ilin sentyabrın 24-də start veriləcək.

Mətləb