KOBİA-da vəzifə dəyişikliyi olub

13 Fevral 2026 00:27 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vəzifə dəyişikliyi olub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun müvafiq əmri ilə Zaur Qasımbəyov Bakı KOB evinin direktoru vəzifəsindən azad olunub. O. Məmmədovun digər əmri ilə Bakı KOB evinin direktoru vəzifəsinə Yusif Bağırov təyin olunub.

Mətləb