ABŞ Venesuela neftindən 1 milyard avro qazanıb - daha 5 milyard avro da qazanc gözləyir...

13 Fevral 2026 00:13 (UTC+04:00)

ABŞ-ın energetika naziri Kris Rayt "NBC Nyus"a müsahibəsində açıqlayıb ki, ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Nazir Venesuela neftindən gözlədikləri qazanc barədə proqnoz verib. "ABŞ artıq 1 milyard dollardan çox dəyərdə Venesuela nefti satıb, yaxın aylarda isə təxminən 5 milyard dollar məbləğində əlavə satışlar gözlənilir", - o deyib.

Mətləb