...İsa peyğəmbərin vəftiz olunduğu İordan çayı sahilindəki Qəsr əl-Yəhud əsaslı təmirdən sonra yenidən açılıb.
SİA xəbər verir ki, İsrail Turizm Nazirliyi bu barədə mətbuat açıqlamasında bildirib.
Qəsr əl-Yəhud həm İsrail, həm də Fələstin tərəfindən iddia edilən mübahisəli Qərb Sahilində yerləşir.
Ərazi İsrail Turizm Nazirliyi və Mülki Administrasiya tərəfindən idarə olunur.
Onlar Qəsr əl-Yəhudun təmirinə 25 milyard şekel (8 milyard dollardan çox) sərmayə qoyublar. İordan çayının sahilində yerləşən Qəsr əl-Yəhudun ənənəvi olaraq Vəftizçi Yəhyanın İsa peyğəmbəri vəftiz etdiyi yer olduğuna inanılır.
Bu yeri uzun müddətdir zəvvarlar ziyarət ediblər. 1967-ci ildə Yom Kippur müharibəsindən 2000-ci illərə qədər döyüşlər, daha sonra isə qapalı hərbi zonada yerləşməsi və bərpa ehtiyacı səbəbindən bağlanıb.
2011-ci ildə Qəsr əl-Yəhud turistlər və zəvvarlar üçün açılıb. Cari təmir zamanı ərazi təkmilləşdirilib və infrastrukturla təchiz edilib: abadlıq işləri, yollar və dayanacaq, dua köşkü, xidmət mərkəzi, çaya eniş və digər imkanlar tikilib.
Nazlı Almuradova