NATO ölkəsi Ukrayna üçün Amerika silahlarının alınmasına qoşulur...

12 Fevral 2026 19:14 (UTC+04:00)

...Britaniya Ukrayna üçün Amerika silahlarını almağa maliyyələşdirmə paketi ayırıb.

Ölkə PURL proqramına qoşulur.

SİA-nın məlumatına görə, Britaniya müdafiə naziri Con Heli bu barədə Politico-ya verdiyi şərhdə bildirib.

…Böyük Britaniyanın PURL-a 150 milyon funt sterlinq (təxminən 205 milyon dollar - red.) ianə etdiyini təsdiqləməkdən məmnunam. Birlikdə biz Putinin qəddar hücumuna cavab olaraq Ukraynaya çox ehtiyac duyulan hava hücumundan müdafiə sistemini təmin etməliyik, - deyə Heli bildirib.

Adı açıqlanmayan iki NATO diplomatı, alyansın 32 üzvünün dörddə üçünün artıq bu sxemə qoşulduğunu nəşrə bildirib. …Qeyd edək ki, Avstraliya, eləcə də Yeni Zelandiya da bu aksiyaya qoşulub və Yaponiyanın ölümcül olmayan yardım elan etməsi gözlənilir.

Əli Babayev