AFFA rəhbərliyi UEFA-nın konqresinə qatılıb

12 Fevral 2026 13:14 (UTC+04:00)

AFFA rəhbərliyi UEFA-nın Belçikanın paytaxtı Brüsseldə keçirilən 50-ci Konqresinə qatılıb.

Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən bildirilib.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov iştirak edirlər.