Bərdə və Tərtər rayon sakinlərinin müraciətlərinə baxılacaq

12 Fevral 2026 11:12 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 20-də saat 11:00-da Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının inzibati binasında vətəndaşlarla görüşəcək.

Dövlət Komitəsindən SİA-ya bildirilib ki, görüşdə Bərdə və Tərtər rayon sakinlərinin müraciətlərinə baxılacaq.