Şərurda "Jiquli" yük avtomobili ilə toqquşub

12 Fevral 2026 04:05 (UTC+04:00)

Naxçıvanda yol qəzası baş verib. Hadisə Naxçıvan-Sədərək magistralının Şərur rayonu Daşarx kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı 74-BD-219 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 27 AOZ 83 Türkiyə dövlət nömrə nişanlı yük avtomobili toqquşub.

Qəzada minik avtomobilinin sürücü və sərnişini xəsarət alıb, onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.

Mətləb