Cokoviç bu turnirdə iştirakdan imtina etdi

11 Fevral 2026 23:13 (UTC+04:00)

Serbiyalı tennisçi Novak Cokoviç ATP 500 kateqoriyalı Doha (Qətər) turnirində iştirakdan imtina edib. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Cokoviçə "Australian Open 2026" turnirində finala qədər irəliləməsindən sonra bərpa üçün daha çox vaxt lazımdır.

Qeyd edək ki, 38 yaşlı tennisçi həlledici görüşdə dörd setdə dünya reytinqinin bir nömrəsi Karlos Alkarasa (İspaniya) məğlub olub.

Mətləb