Şəmkirdə çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

11 Fevral 2026 16:43 (UTC+04:00)

Şəmkir şəhərinin 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin təndiri” çörək emalı müəssisəsində yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmədiyi, texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Həmçinin müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.