AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilməli olan "Bakı" TFK – "Mərcanlı" qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" – "Lion" PFK oyununda isə qonaq kollektiv təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.