Ötən il ekspertlər tərəfindən 2 milyondan çox obyekt üzərində tədqiqat aparılıb

11 Fevral 2026 12:55 (UTC+04:00)

Ötən il Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertlər tərəfindən 2 milyon 216 min 778 obyekt üzərində tədqiqat aparılıb.

Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78 min 808 sual cavablandırılıb.