Azərbaycanın İran İslam Respublikasındakə səfiri Əli Əlizadə İranın Milli Bayramı münasibətilə keçirilən səfirlər və missiya rəhbərləri üçün təşkil olunmuş “Salam və Təbrik Mərasimi”ndə iştirak edib.
SİA xəbər verir ki, bu barədə səfir öz “Facebook” səhifəsində paylaşım edərək, İran İslam Respublikasının hörmətli Prezidenti, xarici işlər naziri və bir sıra dövlət rəsmilərini İranın milli bayramı münasibətilə təbrik edib.