İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb

11 Fevral 2026 12:29 (UTC+04:00)

İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

SİA-nın məlumatına görə, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.