Son sutkada Rusiya ordusu 820 itki verib

11 Fevral 2026 10:59 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynaya qarşı müharibədə verdiyi itkilərlə bağlı növbəti məlumatı açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 24 fevral 2022-ci ildən 11 fevral 2026-cı ilədək Rusiya Federasiyasının ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 249 min 380 nəfər təşkil edib.

Bildirilir ki, son sutka ərzində Ukrayna Müdafiə Qüvvələri 820 rus hərbçisini öldürüb və ya yaralayıb.

Baş Qərargahın gündəlik hesabatına əsasən, müharibə başlayandan indiyədək Rusiyanın ümumi texnika itkiləri təxminən belədir:

Məlumatda qeyd olunur ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Zakıtne kəndi istiqamətində donmuş çay üzərindən hərəkət edən bir neçə rus hərbi qrupunu aşkar edərək zərərsizləşdirir.

Bundan əvvəl Ukrayna qüvvələrinin Donbas və Zaporojye istiqamətlərində daha iki yaşayış məntəqəsini Rusiya qüvvələrindən təmizlədiyi bildirilib.