Salyanda mikroavtobusla minik avtomobili toqquşub

11 Fevral 2026 10:58 (UTC+04:00)

Salyan rayonunda mikroavtobus və minik avtomobilinin toqquşması ilə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobus və “Nissan” markalı minik avtomobili toqquşub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.