Nəriman Axundzadə daha əvvəl Azərbaycanda oynamış qapıçının komanda yoldaşı olacaq

11 Fevral 2026 10:56 (UTC+04:00)

ABŞ-nin "Kolumbus Kru" klubuna keçən Nəriman Axundzadə daha əvvəl Azərbaycanda oynamış Nikolas Hagenlə komanda yoldaşı olacaq.

SİA-nın məlumatına görə, Qvatemaladan olan qapıçı 2024-cü ilin dekabrından MLS təmsilçisində çıxış edir.

29 yaşlı qolkiper 2020/2021 mövsümündə "Səbail"in formasını geyinib.

Xatırladaq ki, "Kolumbus Kru" ötən gün Nəriman Axundzadənin transferini açıqlayıb. 21 yaşlı forvard peşəkar karyerasında yalnız "Qarabağ" klubunun şərəfini qoruyub.