Ötən gün polis əməkdaşları tərəfindən 8 avtomat aşkarlanıb

11 Fevral 2026 10:48 (UTC+04:00)

Ötən gün polis əməkdaşları tərəfindən 8 avtomat silahı aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.